Logo

“Tanrı mənimlə görüşə hazırdırmı?” - Çörçildən aforizmlər

24.01.2022 22:10 683 baxış
IMG

Kulis.az İngiltərənin keçmiş baş naziri, Nobel mükafatı laureatı Uinston Çörçillin aforizmlərini təqdim edir:

Mən həkimimə nə qədər pul verirəmsə, vəkilimə onun iki qatını verirəm. Çünki həkimə dərdimi danışanda mənə bir resept yazır və gedir. Ağrını, sancını mən tək çəkirəm. Amma vəkilimə dərdimi danışanda otaqdan ağır bir yükdən azad olmuş kimi çıxıram. Çünki danışdığım şey artıq onun problemidir, həllini mən yox, o tapmalıdır.

Winston Churchill - Quotes, Paintings & Death - Biography

Diplomat – danışmamışdan əvvəl 2 dəfə fikirləşən adamdır.

Öz dilini yaxşı bilməyən, başqasının dilini öyrənə bilməz.

Əgər Hitler cəhənnəmə getsə, mən şeytanın şərəfinə mədhiyyə oxuyaram.

Mən Tanrı ilə görüşə hazıram. Bəs Tanrı bu çətin sınağa hazırdırmı?

Siyasətçinin ictimai xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, ictimai xadim isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.

Winston Churchill: How a flawed man became a great leader - BBC News

Mən öyrənməyi çox sevirəm, ancaq başqasının mənə nəsə öyrətməyinə dözə bilmirəm.

Pulsuz sülh olmaz.

Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir.

Winston Churchill attractions you can visit in England | CNN Travel

Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır.

“Dünən” ilə “bu gün” arasında dava düşsə, itirən “sabah” olar.

Çərpələnglər küləklərin gücü ilə deyil, o gücə qarşı çıxdıqları üçün yüksəlirlər.

İnkişaf dəyişməkdir; mükəmməllik tez-tez dəyişməkdir.

Siyasətçinin gərək sabah, gələn həftə, gələn ay və gələn il nələrin olacağını qabaqcadan görmək bacarığı olsun. Həm də proqnozlarının niyə düz çıxmadığını izah etməyi bacarsın.

Winston Churchill | Madame Tussauds™ Vienna

20 yaşında sosialist olmayanın ürəyi yoxdur, 40 yaşına qədər sosialist qalanın isə ağlı.

Düşüncə ilə davranış arasında məsafə yoxdur.

Cəhənnəmə tərəf gedirsinizsə, davam edin yolunuza.

Tarix məndən yaxşı bəhs edəcək, çünki məqsədim onu yazmaqdır.

Kapitalizmin təbii əxlaqsızlığı – nemətləri ədalətsiz bölüşdürməyidir; sosializmin təbii fəziləti isə səfaləti bərabər bölüşdürməyidir.

Şəhid olmaq istəsəm də, gecikməyini üstün tutmuşam.

Dünyada dildən-dilə gəzən çoxlu yalanlar var. Ən pisi də odur ki, onların yarısı doğrudur.

Winston Churchill: Secret documents signed by Winston Churchill up for UK  auction - The Economic Times

Böyük və yaxşı – çox nadir hallarda eyni adam olur.

Yanğınsöndürənlə od arasında tərəfsiz qala bilmərəm.

Zarafat çox ciddi şeydir.

Mən içkidən içkinin məndən aldığından daha çox şey almışam.

Franklin Ruzveltlə görüşmək bir şüşə şampanı açmağa, tanımaq isə o şampanı içməyə bənzəyir.

Müharibə əsiri - səni öldürmək istəyən, amma nail olmayan, sonra səndən onu öldürməməyi xahiş edən adamdır.

Churchill review – the character behind the caricature | Television | The  Guardian

Təbliğat lazım gələrsə, yalan üstündə də qurular.

Uğur sonsuz deyil; uğursuzluq da ölüm deyil. Əsas olan davam etmək üçün cəsarətini toplamaqdır.

Bir damcı neft bir damcı qandan daha qiymətlidir.

Müharibə vaxtı Çörçill həmişə saat 9-dan yatmağa gedərmiş. Biri dəfə də ondan: “Cənab Çörçill, ölkədə müharibə var, siz niyə yatırsınız?” – soruşub. Çörçill də: “İngiltərənin sabah sağlam və dinc Çörçillə ehtiyacı var”, - deyə cavab verib.

El madridismo de Winston Churchill - La Galerna

Pessimist hər fürsətdə bir çətinlik görür, optimist isə hər çətinlikdə bir fürsət.

Cəsarət səni qalxıb sözünü deməyə vadar edən şeydir; cəsarət həm də səni oturub dinləməyə məcbur edəndir.

Bütün möhtəşəm şeylər sadədir və bəzən bir sözlə ifadə oluna bilir. Azadlıq, şərəf, borc, mərhəmət, ümid.

Mövqe böyük dəyişikliklər yaradan balaca bir şeydir.

Ən parlaq nailiyyətim arvadımı evlənməyə razı salmağımdır.

The Iron Clad Speech Of Churchill – BladenOnline.com

Tənqidlə razılaşmamaq olar, amma vacibliyi danılmazdır. O, bədəndəki hər hansı ağrı ilə eyni funksiyanı yerinə yetirir; diqqətini bədəninin qeyri-sağlam yerinə yönəldir.

Yaşayışı aldıqlarımızla qururuq, həyatımızı verdiklərimizlə.

Strategiya nə qədər mükəmməl olursa-olsun, arabir nəticələrinə də göz gəzdirmək lazımdır.

Xəbər lenti