Logo

Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa ili” elan etməsi bütün dünya azərbaycanlıları üçün böyük bayramdır - Xalq artisti Fərhad Bədəlbəyli

25.01.2022 09:15 456 baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda "Şuşa ili" elan etməsi bütün ölkə üçün, bütün dünya azərbaycanlıları üçün böyük bayramdır.

Bunu Trend-ə SSRİ və Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu və bəstəkar Fərhad Bədəlbəyli deyib.

Fərhad Bədəlbəyli Azərbaycanın xalq artisti, teatr rejissoru, əslən Şuşa şəhərindən olan Şəmsi Bədəlbəylinin oğludur. O qeyd edib ki, hər bir azərbaycanlı öz qəlbində Şuşa şəhərinə böyük və parlaq sevgi gəzdirir.

"Azərbaycanda 2022-ci ilin "Şuşa ili" elan olunması əlamətdar hadisədir. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Şuşa şəhəri hər bir azərbaycanlının ürəyində xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev öz 60 illiyini Şuşa şəhərində keçirib.

Şuşa şəhərini azad görmək çox sevindiricidir. Biz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla qəhrəman Azərbaycan ordusuna tarixi torpaqlarımızın işğaldan azad edilməsi sevincini bizə yaşatdığına görə təşəkkürümü bildirirəm. Qalib xalq olmaq böyük xoşvəxtlikdir! Eyni zamanda bu bizim üzərimizə daha çox məsuliyyət qoyur, biz ölkəmizin rifahı və çiçəklənməsi naminə işləməliyik", - deyə o bildirib.

Şuşanın azad edilməsindən sonra Fərhad Bədəlbəyli orada bir neçə dəf olmaq xoşbəxtliyinə nail olub. Musiqiçinin sözlərinə görə, doğma Şuşa şəhərinə hər səfər əlamətdar hadisəyə çevrilir.

"Şəhərin azad edilməsindən sonra mən oraya birinci dəfə 2021-ci ilin əvvəlində Polad Bülbüloğlu ilə getdim, biz hərbi qulluqçularla görüşdük, Cıdır düzündə olduq… Şuşa qarlı və inanılmaz dərəcədə gözəl idi! Azad edilmiş Şuşa şəhərini görəndə keçirdiyim hissləri sözlə təsvir etmək mümkün deyil. Mən Cıdır düzündən olarkən, sanki uçurdum. Sonra məni möhtəşəm "Xarıbülbül" festivalında çıxış etdim, gözəl Vaqif poeziya günlərində iştirak etdim və ümid edirəm ki, Şuşaya yenə də səfər edəcəyəm. Hər dəfə oraya həyəcanla gedirəm və mütləq əsgər və zabitlərlə görüşürəm. Onlar əsas qəhrəmanlardır, onlar torpaqlarımızı azad edib, bizə Zəfəri bəxş edib", - xalq artisti deyib.

F.Bədəlbəyli vurğulayıb ki, Azərbaycanın azad edilmiş ərazilərində dirçəliş prosesi gedir, tarixi və memarlıq abidələri, eləcə də infrastruktur bərpa olunur.

"Azad edilmiş ərazilərdə həyat dirçəlir, oraya mədəniyyət qayıdır. Mən Şuşada Yay akademiyasıın təşkil olunmasını arzulayıram. Şuşada ideal havanın olduğu maydan oktyabradək dünyanın ən yaxşı professorları, görkəmli musiqiçiləri dəvət olunsun və bizim tələbələrlə işləsin. Bu, tədris layihəsi ola bilər, uşaqlar ən yaxşı ustadlardan dərs ala bilər.

Şübhəsiz ki, 2022-ci il çox məhsuldar olacaq, "Şuşa ili"ndə mədəniyyət və incəsənət sahəsində mühüm tədbirlər, festivallar, konsertlər, simpoziumlar təşkil oluna, müxtəlif yaradıcı layihələr reallaşdırıla bilər. Bu il Bülbül adına beynəlxalq vokalçılar müsabiqəsinin birinci hissəsi Bakıda keçiriləcək, qaliblərin konserti isə Şuşada Bülbülün evində baş tutmalıdır", - deyə o bildirib.

Xalq artistinin sözlərinə görə, Şuşa şəhəri bütün dünyada məşhurdur, çünki 44 günlük Vətən müharibəsi dövründə bütün dünya yalnız Şuşa, Qarabağ barədə danışırdı.

"İndi isə bütün bunları mədəniyyət və incəsənət sahəsində nailiyyətlərlə tamamlamaq lazımdır. Bu, rəsm, kino ola bilər… Məsələn, Şuşanın azad edilməsi barədə Hollivud səviyyəsində möhtəşəm döyüş filmi çəkmək olar. Bu, bizim tariximizdir. Bu, gələcək nəsillərimizə qalacaq, bu baxımdan kino böyük qüvvədir ", - deyə F.Bədəlbəyli yekunlaşdırıb.

Xəbər lenti