Daxili İşlər Nazirliyi 2022/2023-cü tədris ili üçün DİN-in Polis Akademiyasında“hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, 2022-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.