Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İnha Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində “İnşaat mühəndisliyi” ixtisası üzrə müxtəlif fənlərin ingilis dilində tədrisini aparmaq məqsədilə saathesabı qaydada professor-müəllim heyəti işə dəvət edilir (2021/2022–ci tədris ili üçün).
Tehsil.biz xəbər verir ki, fənlərin siyahısı aşağıdakı kimidir:
- Statics (semestr II)
Total academic hours: 45
- Strength of Materials II (semestr IV)
Total academic hours: 45
- Descriptive Geometry and Engineering Drawing (semester II)
Total academic hours: 60
- BIM/ CAD & Practice (semestr II)
Total academic hours: 45
Namizədlərə qoyulan əsas tələblər:
· Əlaqədar sahədə magistr dərəcəsi üzrə xaricdə təhsil almış (Ph.D dərəcəsi olan arzuolunandır);
· innovativ tədris metodikalarından istifadə edə bilən;
· müasir pedaqoji yanaşmalardan xəbərdar olan;
· dinamik, pozitiv və ünsiyyətcil.
Namizədlərdən ingilis dilində CV və fənn üzrə 3-5 dəqiqə həcmində demo-videonu [email protected] email ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi 31 yanvar 2022-ci ildir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020/2021-ci tədris ilindən həyata keçirilən İDP haqqında ətraflı məlumatı https://dp.edu.az/az/content/56 və https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkləri vasitəsilə əldə etmək mümkündür.
Əlaqə:
Telefon: +994 51 215 57 34
Həsən Əliyev küç. 120 | AZ 0102 | Xırdalan şəh., Azərbaycan
Email: [email protected] | Web: www.beu.edu.az
Facebook: https://www.facebook.com/ddp.beu.inha