Logo

İnformatika fənninin qəbul imtahanlarına salınması abituriyentlərə necə təsir edəcək? - VİDEO

25.01.2022 18:40 990 baxış
IMG

Bildiyimiz kimi, Təhsil Nazirliyi və DİM-in qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Bəs bu qərar abituriyentlər tərəfindən necə qarşılandı?

Mövzu ilə bağlı informatika fənnini tədris edən Tural Sofuyev "Tehsil.biz"ə açıqlamasında bu qərarın əslində gecikmiş qərar olduğunu bildirib. İnformatika fənninin dünya üzrə əsas fənlərdən biri kimi hesab edilməli olduğunu vurğulayan T.Sofuyev pandemiya səbəbi ilə müəllimlərin bu platformada çətinlik çəkdiyini qeyd edib.

Daha ətraflı "Tehsil.biz"in sujetində:

Xəbər lenti