Logo

“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video

25.01.2022 22:26 659 baxış
IMG

"Bu yaşımdan qardaş-bacımla uşaq evində böyümüşük. Bunu heç vaxt gizlətməmişəm". 

“Qafqazinfo” xəbər verir ki, bunu müğənni Hiss (Röya Məmmədova) “Popumuz var” verilişində uşaq evində böyüməsi ilə bağlı danışarkən deyib.

Hiss bildirib ki, uşaq evindən çıxan uğurlu gənclərimiz də var, təəssüf ki, intihar edənlər, pis yola, həbsə düşənlər daha çoxdur:

"Mən o qardaş-bacılarıma örnək ola bilərəm ki, yanınızda heç kim olmadan da istədiyiniz yerə gedib çıxa bilərsiniz. Özünüzə inanın. Sizə ailə lazım deyil. Nə ailə?"

O qeyd edib ki, uşaq evində vəziyyət pisdir: “Mən yaşadığım yer yaxşı idi. Uşaqların dünyagörüşünü inkişaf etdirmirlər. Onlara maaş kimi baxırlar, gəldi, yedirtdi, getdi. Onlara əşya kimi baxırlar, gələcəyini düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Orada yüzlərlə uşaq var, necə tərbiyə etsinlər? Öz uşaqları kimi yanaşmırlar”.

Müğənni 15 yaşında “Sən bir nəğməsən” yarışmasında oxuduğunu deyib: “Orada uşaq evindən olan uşaqlar var idi. Başqa uşaqlar kotleti salfetə bükürdü, deyirdim, sən niyə elə edirsən? Deyirdi ki, qardaşıma aparıram. Qayıdanda maşında çıxarırdı, iyləyirdi, təzədən qoyurdu yerinə. Düşünürdüm ki, dəlidir.

İndi düşünürəm ki, ət görmürdü axı, yazıq neyləsin? Uşaq evində qida, geyim çatışmazlıqları var idi. Aparırdılar öz yetimçələrinə - üzr istəyirəm, uşaqlarına. İnsan kimi insanlar var idi, lakin çoxu görməmiş idi. Həmin müəllimlər də görməyib. Nə var aparırdılar - elə bil ayıdırlar, qışa tədarük görürlər. Özlərinin də dünyagörüşü yoxdur, görməmişdirlər”.

https://ok.ru/video/3408628484714

Xəbər lenti