Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə keçiriləcək Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransa məqalə qəbulu davam edir.
Tehsil.biz xəbər verir ki, konfransın əsas mövzu və istiqamətləri aşağıdakı kimidir:
– Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi;
– Azərbaycanın ictimai-siyasi düşüncə tarixində Şuşa və şuşalı dövlət xadimləri;
– Şuşanın Azərbaycan ədəbi irsində yeri;
– Şuşada incəsənət və memarlıq nümunələri;
– Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu;
– Şuşada dini-mədəni abidələr;
– Şuşa – Azərbaycanın multikultural mədəni irsində;
– Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində Qarabağ Zəfəri.