Logo

Qarabağın qızıldan qiymətli mineral suları

12.12.2020 12:29 3047 baxış
IMG

Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür.

 

Azadlığa qovuşmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Digər ölçü ilə bu 7805 m3/gün mineral su təchizatı deməkdir.

 

Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşarayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.

 

Kəlbəcər rayonu ərazisində yerləşən İstisumineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

 

Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi.

 

Beləliklə, regionun mineral su ehtiyatı içki sənayesində yeni emal güclərinin, içki sənayesi – turizm - rekreasiya üçbucağında müasir habın təşkil edilməsinə şərait yarada bilər.

Xəbər lenti