Logo

DİM: "11 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb"

26.01.2022 15:01 732 baxış
IMG

30 dekabr 2021-ci il tarixində elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 49 namizəddən 38-nin müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, Aparat, Rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi  (1 vakant yer üzrə 20 namizəd), İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 nəfər) vəzifələri üzrə yaranıb.

Müsahibələrin 2022-ci il fevralın 1-dən 15-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti