Logo

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

12.12.2020 18:35 622 baxış
IMG

“Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi struktur islahatlarının aparılmasına ehtiyac var”- bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Rəyasət Heyətinin növbəti iclasında deyib. 


O, akademiyanın elmi müəssisə və təşkilatlarının idarəçilik sistemində çatışmazlıqların olduğunu, bəzi hallarda subardinasiya qaydalarının gözlənilmədiyini bildirib.

 

R.Mehdiyev akademiyada yeni yaradılan yoxlama komissiyasının müəssisələrdəki mövcud çatışmazlıqları aşkarlamaq baxımından önəmli olduğunu deyib, akademiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilməsi haqqında da məlumat yayılıb.

 

Xəbərə görə, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.

 

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

 

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Xəbər lenti