Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2021-2022-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilir.
Tehsil.biz xəbər verir ki, BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.