"Bağçalar hazırda təhvil-təslim prosesindədir. Planlar ondan ibarətdir ki, bağçalarda da yaş qruplarına uyğun müəyyən tədris məsələlərinə yenidən baxılsın".
Tehsil.biz xəbər verir ki, bunu Apa-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, bağça tərbiyəçilərinin kütləvi şəkildə təlimlərinin təşkil olunması, onların peşəkar inkişafının artırılması, ümumiyyətlə onların qiymətləndirilməsi ilə bağlı məsələlər gündəmdə ola bilər: "Bununla bağlı böyük işlər görülməlidir. Kurrikulum, dərslik, müəllim məsələlərinə çox güman yenidən baxılacaq".