Logo

BMU-nun müəllimi DOST mərkəzində təlim keçib

27.01.2022 14:38 747 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) İngilis dili kafedrasının müəllimi Xanım Cəfərli 4 saylı Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzində könüllülər üçün təşkil olunmuş master-klassda təlim keçib.

Tehsil.biz xəbər verir ki, 2 hissədən ibarət olan təlimdə öncə işə qəbul üzrə ingilis dilində müsahibə zamanı verilən sual və cavab nümunələri, uğurlu intervyu üçün faydalı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İkinci hissədə isə öyrədilən nümunələr əsasında interaktiv müzakirələr aparılıb.

Təlim sualların cavablandırılması ilə davam edib.

Xəbər lenti