Logo

“Eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimin...“ - Yusif Mustafayev

27.01.2022 15:04 2640 baxış
IMG

“Sabah-birigün eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimin üzündən öpərəm”.

Tehsil.biz xəbər verir ki, bu sözləri Yenisabah.az-a Əməkdar artist Yusif Mustafayev deyib. 

O, həftələrdir müzakirə mövzusu olan müəllim-şagird münasibətləri, şagirdlərin fiziki cəza verilməsi təklifi və s. məsələlərə münasibət bildirib:

“Vaxt vardı, müəllim gələndə hamımız ayağa qalxardıq. Elə bilirdik ki, müəllim çörək yemir, su içmir. Onda dövran elə idi. Mənim də nəvələrim var, məktəbə gedirlər, sözün düzünü deyəcəyəm, sabah-birigün eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimin üzündən öpərəm, ona “sağ ol” deyərəm, nəvəmi tərbiyələndirdiyinə görə təşəkkür edərəm. 

Bəyəm evdə valideyn uşağını vurmur?! Müəllim də ikinci valideyndir.

Bu məsələdə müəllimlərin tərəfindəyəm. Son günlər yayılan videolardan da xəbərdaram. Məni bəlkə də bu fikirlərimə görə söyəcəklər, bilirəm, bu bizim insanlara xas olan bir şeydir. Amma mən müəllimlərin yanındayam! Çünki müəllim müqəddəsdir, o şagirdlərini döyər də, öpər də. Müəllim istəyir ki, uşaqlarının təhsili, gələcəyi yaxşı olsun. 

Müəllimləri gözümçıxdıya salıblar, bunun tərəfdarı deyiləm. Allah müəllimlərin özünü də, adını da var eləsin! Uşaq mütləq müəllimdən çəkinməlidir. O gün sosial şəbəkədə bir video qarşıma çıxdı, görüntülərdə məktəb direktoru ərklə gəlib əlini şagirdin üzünə vurdu. Görüntülər yayılandan sonra müəllimə töhmət verdilər. Belə olmaz! Allah millətimizin axırını xeyir eləsin!”

Y.Mustafayevin sözlərinə görə, bu tip halların artmasında valideynlərin də günahı az deyil:

“Bu mövzuda evdə valideynlərin də üzərinə məsuliyyət düşür. Onlar daha diqqətli olmalıdırlar. Mən belə düşünürəm. O, müəllimdir, niyə müəllim peşəsini ucuzlaşdırırıq?!”

Xəbər lenti