Logo

Mesenat Hacı Zeynalabdin Tağıyev

27.01.2022 16:43 13615 baxış
IMG

25 yanvar Azərbaycanlı milyonçu, mesenat Rusiya imperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin  yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni  laureatı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Böyük şəxsiyyətin ölümündən 199 il ötür. Bu illər ərzində Hacı daim qəlblərdə yaşamış, əbədiyyətə ucalmışdır.

Öz xalqı üçün hər cür yaxşılığı edən, lakin bu dünyadan qarşılıqsız köçən “Böyük insan”! Sən səni sevənlərin qəlbində əbədiyyət ucaldan ölməzlərdənsən. ”Şimal soyuğu” sənin kimi minlərlə bu yurdun qeyrətini çəkənləri “buz caynağında” dondursada, xalqın isti ürəyindən, yaddaşından silə bilməz.

2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmişdir və Xalq Rəssamı, məşhur heykəltəraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir.

Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyev abidəsinin məhz bu yerdə yerləşməsinin böyük əhəmiyyəti, rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın abadlaşmasına böyük töhfələr verib.

Hacı Zeynalabdinin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların sırasında Bakıya təmiz içməli suyun çəkilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar Su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir.

Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik  verən, Bakının memarlığına töhfə verən bir çox gözəlbinaların da  təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir.

Yüzlərlə azərbaycanlı gəncin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərclərini öz üzərinə  götürmüşdür. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur. Əziz Əliyev də Tağıyev kimi kasıb bir ailədə anadan olmuşdur, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi yardım göstərsin. Tağıyev də onu təbii ki tanımırdı, sadəcə olaraq, bir gəncin belə təhsilə marağını nəzərə alaraq ona pul göndərmiş, Sankt -Peterburq Hərbi - Tibb Akademiyasında  oxumasına şərait yaratmışdır.

İlk dəfə olaraq Qurani - Kərimi Azərbaycan dilinə tərcümə etdirən məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təşəbbüsü və maliyyə vəsaiti iə bir çox dini - abidə ucaldılmışdır.

Prezident cənab İlahm Əliyev öz çıxışında qeyd etmişdir ki, xeyriyyəçilik sahəsində bu gün Cənubi Qafqazda Hacının yolunu davam etdirən ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır. Bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara koməklik göstərmək, Azərbaycan Mədəniyyətini dünyada təbliğ  etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm aləminə töhfə verməkdir.

Fondun təşəbbüsü ilə azad olunmuş torpalarımızda dini abidələrimizin əsaslı  bərpası və inşası prosesinə start verilmişdir. Şuşa şəhərində “Yuxarı Gövhərağa”, “Aşağı Gövhərağa”, ”Saatlı” məscidləri, ”Ağdam Şəhər məscidi” fond tərəfindən bərpa edilir. Xeyriyyəçilik əməlləri davam edir və cəmiyyətdə yüksək dəyərləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda şirkətlər könüllü olaraq həm “Qarabağ Dirçəliş Fondu”na, həm “Yaşat” Fonduna vəsait təqdim edirlər. Bu vəsait hesabına bugun yözlərlə qazi həm Azərbaycanda, həm də xarici ölkələrdə müalicə alır.

Xalqımızın böyük oğluna Allah rəhmət eləsin!

Aysel Əliyeva,
İmişli şəhər 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Xəbər lenti