Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası davam edir.
UNEC-dən bildirilib ki, sessiya çərçivəsində yanvarın 29-də “Açıq qapı” günü keçiriləcək.
İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçiriləcək “Açıq qapı”da imtahanla bağlı müraciətlər dinləniləcək.