Logo

ADA Universiteti Fondunun nümayəndələri UFAZ-da olub

28.01.2022 10:13 612 baxış
IMG

Yanvarın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində ADA Universiteti Fondunun prezidenti, Natiq Hacıyev və Baş mühasib, Qəşəm Nəcəfov ilə görüş olub.

Tehsil.biz xəbər verir ki, UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov qonaqlara UFAZ-ın tədris və laboratoriyalar korpusları barədə məlumat verib və buradakı şərait və tədris prosesi ilə tanış edib.

Görüşdə, həmçinin UFAZ-ın baş katibi Elizaveta Bydanova, Tədqiqat departamentinin rəhbəri Philippe Turek, Təhsil departamentinin müdiri Lətifə Nəsibova və satınalmalar üzrə baş mütəxəssis Süleyman Balayev da iştirak edib.

Görüş zamanı iki universitet arasında əməkdaşlıq məsələləri və ADA Fondunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti