Logo

“Azərbaycan filmlərində milli adət və ənənələrimiz” mövzusunda yarış keçirilib

28.01.2022 11:13 641 baxış
IMG

“Azərbaycan filmlərində milli adət və ənənələrimiz” mövzusunda yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində baş tutan yarışda Bakı şəhər 114 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib. 

Tədbirin təşkil olunmasının  əsas məqsədi şagirdlərə milli, tarixi ənənələrimizi öyrətməklə yanaşı onlara Azərbaycan kinomotoqrafiyasını tanıtdırmaqdan ibarətdir.

3 turdan ibarət olan yarışda şagirdlərə Azərbaycan filmlərindən ibarət sullar təqdim edilməklə yanaşı, filmlərdən bəzi fraqmentlər də nümayiş olunub.  Tədbirin davamında məktəblilər məhşur Azərbaycan filmlərinin ən yaddaqalan səhnələrini canlandırıblar.

6 komandanın iştirak etdiyi yarışda 1-ci yeri "Əhməd haradadır?", 2-ci yeri "Qaraca qız", 3-cü yeri isə "Qaynana" komandası tutub.

Qalib komandalara  sertifikatlar təqdim olunub.

Xəbər lenti