Logo

Doğum günündə oxuduğu məktəbə barelyefi qoyuldu... - Foto

28.01.2022 11:30 612 baxış
IMG

Vətən müharibəsi şəhidi, Silahlı Qüvvələrin baş leytenantı Səid Rəşidzadənin 32-ci doğum günüdür. 

Doğum günü ərəfəsində şəhidin təhsil aldığı Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə onun barelyefinin açılışı olub. Heykəltəraş Müstəqil Babayev tərəfindən hazırlanan barelyef məktəb binasının girişinə vurulub. 

Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. 2016-cı ilin "aprel döyüşləri”ndə iştirak edib. 2020-ci ildəki 44 günlük müharibəyə qatılıb və oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümüdən sonra "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "İgidliyə görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhid Səid Rəşidzadə Füzuli rayonunda dəfn olunub.

(Qafqazinfo)

Xəbər lenti