Logo

Xarici diplomların tanınmasının yeni qaydası üzərində iş gedir

28.01.2022 12:12 807 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova xarici diplomların tanınması qaydasının dəyişməsi məsələsinə münasibət bildirib.

İdarə Heyətinin sədri APA-ya açıqlamasında deyib ki, hazırda yeni qaydalar üzərində iş gedir: "Bu qaydalar bizimlə yanaşı, müxtəlif səlahiyyətli qurumlar tərəfindən təsdiq olunmalıdır. Ancaq qaydalar üzərində aktiv iş gedir".

Ü. Səttarova eyni zamanda qeyd edib ki, xarici diplomların tanınması rüsumlarının dəyişməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir.

Xəbər lenti