27 yanvar tarixində “Worldskills Asia” təşkilatının V Baş Assambleyası çərçivəsində Rəsmi Komitənin iclası baş tutub.
19 üzv dövlətin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən onlayn iclas zamanı iyul-avqust aylarında keçiriləcək növbəti dost yarışlarının formatı və ixtisas siyahısı təsdiqlənib və həmçinin təşkilata yeni üzv olan Tailand Krallığı ratifikasiya edilib. Görüş zamanı həmçinin, növbəti il Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək yarışların təşkilatı məsələləri müzakirə edilib.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” platforması 2020-ci ilin mart ayında “WorldSkills Asia” təşkilatının üzvü seçilib. "WorldSkills Asia” Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsi üçün yaradılmış təşkilatdır.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.