2022-2023-cü tədris ili üzrə Rumıniya Xarici İşlər Nazirliyinin elan etdiyi təqaüd proqramına müraciətlərin qəbulu davam edir.
Tehsil.biz xəbər verir ki, təqaüd proqramına müraciət üçün son tarix 15 mart 2022-ci il nəzərdə tutulub.
Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.