Logo

Nazirlik: "Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanıb"

28.01.2022 16:39 1381 baxış
IMG

Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

Tehsil.biz xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.

O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.

Xəbər lenti