Logo

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

28.01.2022 19:00 781 baxış
IMG

2022-ci  ilin  27  yanvar  tarixində  Mingəçevir  Dövlət Universitetində (MDU)  cari  tədris  ilinin  payız semestrinin imtahan sessiyası çərçivəsində  növbəti “Açıq qapı” günü keçirilib.

Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən  onlayn  formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb.

Cari payız imtahan sessiyasının növbəti həftəsinin müvəffəqiyyətlə başa çatdığını vurğulayan Ş.Bayramov aparılan müvafiq hazırlıq işlərinin nəticəsində uzunmüddətli fasilədən sonra əyani formada təşkil edilən imtahanlara tələbə və müəllimlərin çevik uyğunlaşdığını qeyd edib.

Tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdıran rektor imtahan sessiyasının ədalətli, şəffaf və obyektiv keçirilməsində əməyi olan bütün kollektiv üzvlərinə minnətdarlığını bildirib.

Səmimi ortamda keçən görüşdə tələbə və magistrantların sualları cavablandırılıb. Tələbələr universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə ediblər.

Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 3 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub. Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri 6, 13 və 19 yanvar tarixlərində keçirilib.

Xəbər lenti