Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan bildirilib ki, növbəti vebinar yanvarın 31-də saat 17:00-da “Azərbaycan dilindən bəzi dil qaydalarının testlər vasitəsilə izahı” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə ekspert Gülnar Məşədiyeva çıxış edəcək. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.