"...Tərbiyələndirməyi bacarmaq, necə olsa, sənətdir, kamanda, yaxud royalda yaxşı çalmaq, yaxşı şəkil çəkmək, yaxşı frezerçi, yaxud tornaçı olmaq kimi bir sənətdir. İnsanın. əlinə yalnız kitabça versən, insan rəngləri görməsə, aləti əlinə almasa, dəzgah önündə durmasa, onu yaxşı rəssam, musiqiçi, frezerçi olmağa öyrətmək olmaz. Tərbiyələndirmək sənətinin bəlası bundadır ki, tərbiyə etməyi insana yalnız təcrübədə, nümunələrlə öyrətmək mümkündür.
Mənimlə onlarla gənc pedaqoq işləmişdir. Onlar məndən öyrənirdilər. Mən yəqin etdim ki, insan pedaqoji ali məktəbi nə qədər müvəffəqiyyətlə qurtarırsa-qurtarsın, nə qədər istedadlı olursa-olsun, təcrübədə öyrənməsə, heç bir zaman yaxşı pedaqoq olmayacaqdır.
Ailədə də oğlan və qızlar çox vaxt özləri hiss etmədən öz valideynlərindən gələcəkdə tərbiyə vermək işini bu cür öyrənirlər, belə ki, pedaqoji sənət, nümunə, misal, əyanilik vasitəsilə birisindən o birisinə keçə bilər. Ona görə mən bu əqidəyə gəlmişəm ki, "Valideynlər üçün kitab" da belə misallar şəklində, bədii əsər şəklində yazılmalıdır.
...ailə kollektivdir, yəni ümumi mənafeylə, ümumi həyatla, ümumi sevinclə, bəzən isə ümumi dərdlə birləşən insanlar qrupudur...
...Mən böyük ailə tərəfdarıyam.
...Sevginin özünü də təşkil etməyi bacarmaq lazımdır, o, göydən düşən bir şey deyildir. Təşkilatçı istedadlıdırsa, məhəbbət də yaxşı olacaqdır. göstərmədən sevmək olmaz. Təşkilatçılıq sayi
...ata, yaxud ana ailədən çıxıb getməsilə bir kollektiv dağılır və uşağın tərbiyə olunması çətinləşir. Ona görə siz öz uşağınızın qarşısında məsuliyyət hiss edirsinizsə, çıxıb getməkdən əvvəl ciddi fikirləşin.
Mən valideynin nüfuzu məsələsini də ailənin quruluşu məsələsinə aid etmişəm. Mən burada həmin nüfuzu necə yaratmaq haqqında danışmaq istəməmişəm. Mən yalnız bunu göstərmək istəmişəm ki, sizin nüfuzunuz yoxdursa, yaxud saxta, uydurma, hoqqabazlıq nüfuzudursa, demək ailənizdə bütün işlər bir qədər baş-ayaq gedir.
Mən ailə qüvvələrinin düzgün yerləşdirilmədiyini də ailə quruluşuna aid edirəm. Görürəm ana özünü öz uşaqlarının qulluqçusuna çevirmişdir - belə ailə quruluşu düzgün deyildir... Demək olardı ki, ana özünü qulluqçuya çevirdikdə qız, yaxud oğul ananın əməyi əsasında ağa kimi yaşayır, o biri tərəfdən ana öz şəxsi həyatının gözəlliyini itirir və ona görə həyatın bu dolğunluğunu itirmiş bir qadın kimi artıq tam dəyərli ana ola bilmir. Yalnız özü əsl dolğun insan həyatı, vətəndaş həyatı sürən ana tərbiyə verən, nümunə göstərən, məhəbbət oyadan, valeh etdirən, özü haqqında təqlid etmək arzusu oyadan həqiqi ana ola bilər. Öz vəzifəsini uşaqlara sadə qulluqçuluq etməklə məhdudlaşdıran ana artıq tərbiyə verən ana deyil, öz uşaqlarının qulu olur.
Mən ailənin quruluşuna aid olan bir məsələyə də, ailədə həmrəylik məsələsinə də toxunmuşam və göstərmək istəmişəm ki, bu həmrəylik bəzən boş şeylərin üstündə pozulmağa başlayır. Minayevlərin ailəsi haqqında novellada belə bir əhvalat var: ata piroqu yemir, oğul həmin piroqu gizlicə götürür. Artıq bu kiçik fakt (həyat isə ən xırda hadisələrin məcmusundan ibarətdir) ailə həmrəyliyinin çatlamağa başladığını göstərir. Oğul başa düşmür ki, o və atası eyni bir kollektivin üzvləridir və yalnız özü haqqında deyil, atası haqqında da düşünməlidir. Mən göstərmək istəmişəm ki, ailə həmrəyliyində belə xırda sarsıntılara ən ciddi diqqət vermək lazımdır, çünki nəticə etibarilə ailə tərbiyəsindəki müvəffəqiyyətsizliklər xırda məsələlərin nəzərdən qaçırılması ilə izah edilir. Adamlar belə düşünürlər - böyük məsələləri yaxşı görərik, piroq əhvalatında olduğu kimi oğul atası haqqında düşünməmişdirsə, bu xırda məsələdir, belə xırda məsələni görmürlər və çox şey itirirlər.
...Gözəllik hissi tərbiyəsi deyəndə mən ancaq göyün, şəkillərin, paltarın gözəlliyini duymaq tərbiyəsini deyil, hərəkətlərin gözəlliyini duymağı da nəzərdə tuturam. Hərəkətlər gözəl və çirkin ola bilər.
Bir daha deyirəm - tərbiyə etməyi kitabdan öyrənməyin mümkün olduğuna çətin inanıram, lakin kitabdan fikirləşməyi öyrənmək, tərbiyə haqqında fikirlər mühitinə daxil olmaq mümkündür. Mən məhz bunu nəzərdə tutmuşam ki, bu kitab konkret nümunələr əsasında oxucuların tərbiyə məsələləri haqqında düşünmələrinə, bu və ya başqa qərara gəlmələrinə kömək edər.
...Müvəffəqiyyətsiz tərbiyə olunmuş uşaq hər şeydən əvvəl özü bədbəxtdir, həm də valideynləri bədbəxt edir. Bu, dərddir, amma düzgün tərbiyə xoşbəxtliyin təşkil olunması deməkdir. Ona görə belə işə mümkün olan qədər qüvvə sərf etmək lazımdır.
...insanı tərbiyə etməyin müvəffəqiyyəti kiçik yaşında beş yaşınadək müəyyən olur. İnsanın gələcəkdə necə olması əsasən onu beş yaşına kimi necə tərbiyə etmiş olduğunuzdan asılıdır. Siz beş yaşınadək lazım olduğu kimi tərbiyə etməsəniz, sonra yenidən tərbiyələndirmək lazım gələcəkdir. Adama belə gəlir ki, beş yaşınadək uşağın həyatında nə böyük hadisə ola bilər? Valideynlərə elə gəlir ki, hər iş öz qaydasında gedir. On-on bir yaşında isə hər şey gözlənilmədən pis tərəfə dəyişir və yaramaz tərbiyə öz acı məhsulunu göstərməyə başlayır. Valideynlər isə axtarırlar - görəsən, uşağı kim korlamışdır? Halbuki uşağı onlar özləri birinci ildən başlayaraq beşinci ilədək müntəzəm surətdə korlayıblar.
Belə düşünmək olmaz ki, beş yaşınadək xüsusi tərbiyə prinsipləri olmalıdır və bunlar on yaşında uşağı tərbiyə etmək prinsiplərindən fərqlənməlidir. Prinsiplər eynidir. Mənim israr etdiyim əsas prinsip fəallıq və tormozlar tərbiyə etməkdə orta ölçü (hədd) tapmaq zəruriyyətidir. Siz bu texnikanı yaxşı mənimsəmiş olsanız, öz uşağınıza həmişə yaxşı tərbiyə verərsiniz.
Birinci ildən elə tərbiyə vermək lazımdır ki, uşaq fəal ola bilsin, nəyə isə meyl etsin, nə isə tələb etsin, nail olsun, eyni zamanda belə tərbiyə etmək lazımdır ki, onda artıq, zərərli olan, yaxud yaşına uyğun olmayan arzuları tədricən tormozlaşdırmaq qabiliyyəti əmələ gəlsin. Fəallıq və tormozlar arasında bu hədd hissini tapmaq tərbiyə məsələsini həll etmək deməkdir
...siz uşaqlara pul verdikdə və necə istəyirsə, nə qədər istəyirsə xərclənməsinə yol verdikdə yalnız fəallıq tərbiyə edirsiniz, tormozlaşdırma qabiliyyətini isə tərbiyə etmirsiz. Uşaqlara pulu elə vermək lazımdır ki, onların bu pulu istədikləri şeyə xərcləməyə hüququ olsun. Həqiqətdə isə addımbaşı öz arzularını tormozlaşdırsınlar.
Yalnız bu şərti gözlədikdə cib xərcliyi fayda verə bilər. "Al sənə bir manat verirəm, nəyə istəyirsən xərclə" - buradaca belə bir hiss tərbiyə olunur ki, dondurma almaq mümkün olsa da, uşaq başqa bir şey daha faydalı bir şey alsın.
Bu fəallıq və tormozlar tərbiyəsi birinci ildən başlamışdır. Sizin uşağınız bir iş görsə, siz isə addımbaşı - ora qaçma, orada od var, ora getmə, orada oğlanlar səni döyərlər - deyirsinizsə, bununla yalnız tormozlar tərbiyə edirsiniz. Hər bir uşaq şuluqluğunda siz şuluqluğun hansı həddə kimi. lazım olduğunu, hansı nöqtəyədək fəallıq və sağlam qüvvə təzahürlərini ifadə etdiyini və harada tormozların pis işləməyə başladığını, qüvvələrin hədər yerə sərf olunduğunu bilməlisiniz. Hər bir valideyn istəsə, bu qızıl ortanı görməyi öyrənər. Siz bunu öz
uşaqlarınızda görməsəniz, heç bir zaman onları tərbiyələndirə bilməzsiniz. Yalnız bu orta həddi axtarmağa başlamaq lazımdır, o zaman təcrübə bir ay
ərzində sizi öyrədər. Siz başa düşərsiniz ki, tərbiyə etdiyiniz uşağın öz tormozları onun fəallığını harada dayandırmalıdır.
Bir çox oxucularda, xüsusilə pedaqoqlarda şübhə doğuran bir məsələ də buraya aiddir. Deyirlər: necə yəni Tamara pis idi, sonra birdən frezerçi gəldi və o yaxşılaşdı. Mən isə deyirəm ki, həyatda məhz belə olur. Hərgah insan heç bir şeydən çəkinməyərək tormozsuz böyüyürsə, onu yalnız belə tormozlaşdırmaq mümkündür. Mən məhz öz həyatımda yüzlərlə, hətta üç minədək adami yenidən tərbiyələndirmişəm. Bunu partlayış vasitəsilə, düz-düzünə hücum vasitəsilə, hər hansı fəndə əl atmadan, bir-birinin arxasınca qəti mümkündür. tələblər verməklə həyata keçirmək
Gənc pedaqoq olan zaman hər bir yurdsuzu dilə tutmağa, onunla danışmağa, onu öyrənməyə, onun əvəzinə düşünməyə çalışırdım. Mənə belə gəlirdi ki, o mənim təsirim altına düşür, lakin o yenidən oğurluq edib qaçırdı və hər dəfə işi təzədən başlamalı olurdum. Sonralar mən artıq başa düşdüm ki, partlayış üsulu lazımdır. Xarkovda biz 30-40 nəfərlik yeni qəbul olunan uşaqlar dəstəsinə bu üsulu tətbiq edirdik.
Bəzən şagird müəyyən bir pis hərəkət edirdi: əvvəlcə mən özümü elə göstərirdim ki, guya heç bir şey hiss etmirəm, guya hər şey öz qaydasındadır. Mən əsaslı material. yığılanacan gözləyirdim və bundan sonra həmin şagird ortaya çıxır, hamı onun təcili qovulmasını tələb edir, o xaric olunmaq qarşısında durur, sonra isə yüngül bir cəza verilirdi və şagird yaxasını qurtardığını fikirləşirdi.
Tamara ilə də belə oldu. Mən belə hadisəni ailə həyatında da müşahidə etmişəm. Uşaq yolunu azanda bir növ bacarıqla material toplamaq və sonra ondan elə cavab tələb etmək lazımdır ki, uşaq sizin möhkəm qəzəblənmiş olduğunuzu, buna son qoymaq qərarına gəldiyinizi başa düşsün. O zaman siz öz oğlunuzun, yaxud qızınızın necə düz yola gələcəyini görəcəksiniz. Bir çoxları buna inanmırlar, lakin bu, belədir.
Əlbəttə, belə üsul ən son tədbirdir və ümumiyyətlə, ailədə yenidən tərbiyələndirmə çox çətin işdir. Mən kollektivdə beş yüz adamı yenidən tərbiyələndirə bilmişəm, ailədə isə bir uşağı yenidən tərbiyələndirmək olduqca çətindir. Ona görə ailədə uşağa həyatın birinci illərindən verilən tərbiyə son dərəcə mühüm məsələdir. İndi mənim israr etdiyim ikinci məsələdən bəhs edək. Bir çoxları zənn edirlər ki, tərbiyə müdrik və fəndgir üsullar silsiləsindən ibarətdir, mən isə buna qəti surətdə etiraz edirəm. Belə üsullardan uzun müddət istifadə edən valideynlər çox vaxt olduqca pis tərbiyə verirlər.
Bu yaxınlarda pioner rəhbərlərinin bir müşavirəsində mənə albomlar göstərdilər. Pioner dəstələrinin bir neçə manqası İspaniya haqqında ən yaxşı albom düzəltmək üçün bir-birilə yarışırdı. Bütün pioner rəhbərləri fərəhlənirdilər ki, yaxşı pedaqoji iş görürlər. Mən bu işə baxdım və dedim: siz kimləri tərbiyə edirsiniz? İspaniyada faciələr, ölüm hökm sürür, orada insanlar qəhrəmanlıqla həlak olurlar, siz isə uşaqları qayçı ilə "Madridin bombardman olunmasının. qurbanları" mövzusunda şəkillər kəsməyə məcbur edir və kimin belə şəkli daha yaxşı yapışdırması üçün yarış düzəldirsiniz. Beləliklə, siz İspaniyanın bu qəhrəman
mübarizəsini başqa təşkilatları yarışda udmaq üçün özünə yüngül vasitə seçən soyuqqanlı həyasızlar tərbiyə edirsiniz.
Kommunamda Çin pionerlərinə yardım məsələsinin necə ortaya atıldığı yadımdadır. Mən öz kommunarlarıma dedim: kömək etmək istəyirsinizsə, əmək haqqınızın yarısını verin. Onlar razılaşdılar. Ayda 5 manat alırdılar, indi 2 manat 50 qəpik almağa başladılar. Beləliklə, onlar albom üçün şəkillər kəsmək əhvalatında olduğu kimi deyil, şüurlu surətdə, forssuz-fasonsuz, dəbdəbəsiz ÖZ əməklərini Çin pionerlərinin xeyrinə verdilər. Amma yarışı təşkil edənlərə belə gəlirdi ki, onlar gözəl pedaqoji iş görürlər və burada pedaqoji məntiq vardır. Mən evdə analarına belə sözlər deyən balaca qızlar görmüşəm: "Nə üçün Lilinin krepdeşin paltarı var, amma mənimki yoxdur? Nə üçün "Anna Karenina"ya gedirsiniz, amma mən yox? Siz hər şeyi görübsünüz, amma mən heç nə görməmişəm". Yəqin ki, o qız məktəbdə zahiri bir nəcibliklə "Madridin bombardman olunmasının qurbanları" şəkillərini kəsir, evdə isə o, sadəcə yırtıcıdır.
Belə bir "müdrik" pedaqoji məntiq vardır ki, guya pedaqoji vasitənin əsasında ən yaxşı niyyətlər durursa, vasitə mütləq faydalı vasitədir. Bu cür "müdrik" pedaqoji məntiq çox vaxt pis nəticələr verir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, valideynlər vaxtlarını xoş keçirirlərsə, teatra gedirlərsə, qonaqlığa gedirlərsə, özləri üçün yaxşı paltar tikirlərsə, bu, onların uşaqları üçün gözəl tərbiyədir. Valideynlər uşaqlarının gözü önündə dolğun, bəxtiyar həyat sürməlidirlər: özləri köhnə paltar, cırılmış başmaqlarla gəzən, teatra getməyi özlərinə rəva
görməyən, ürək darıxdırıcı bir xeyirxahlıqla özlərini uşaqlarına qurban verən valideynlər isə ən pis tərbiyəçilərdir. Mən bir çox yaxşı şən ailələr görmüşəm, burada ata və ana şən yaşamağı, vaxtı xoş keçirməyi (əxlaqsızlıq, yaxud sərxoşluq etmək demirəm) sevirlər. Belə ailələrdə uşaqlar həmişə yaxşı olur. Mənim nöqteyi-nəzərimcə valideynlərin əhvalı, özünü yaxşı hiss etməsi tərbiyə üsullarından biridir.
Man kommunada bu üsulu tətbiq edirdim. Mən şad, yaxud qəzəbli olurdum, lakin səhhətimin və həyatımın xeyli hissəsini kommunarlara verdiyimə, onların xatirinə 40 yaşınadək evlənmədiyimə baxmayaraq heç bir zaman özünü qurban verənlərdən olmamışam. Heç bi zaman üzümü uşaqlara tutub demirdim ki, ümü onla yolunda fəda edirəm. Siz belə xoşbəxt yaşasanız, çox yaxşı olar. Mən özümü xoşbəxt hiss edirdim, gülürdüm, oynayırdım, səhnədə çıxış edirdim, bu, onları inandırırdı ki, mən düzgün adamam və məni təqlid etmək lazımdır. Axı təqlid üsulu tərbiyədə böyük əhəmiyyətə malikdir. Siz həmişə üz gözünüzü turşudub gəzsəniz, öz həyatınızı qurban vermişsiniz kimi dolansanız, uşaq sizi necə təqlid edə bilər?
...Mən şüurlu surətdə ər və arvadı bir-birindən ayırmamağa çalışıram, çünki onlar bir-birindən ayrıldıqda bütün tərbiyə prosesi təhlükə altına düşür. Sizin arvadınız geridə qalmış qadındırsa, siz təsadüfən geridə qalmış qadınla evlənibsinizsə, özünüz müqəssirsiniz nə üçün özünüzə görə, öz tələb və səviyyənizə uyğun olan arvad seçməmişsiniz? Siz hələ həyat yoldaşı seçəndə uşaqların tərbiyəsi üçün məsuliyyət daşıyırsınız. Mən kommunarlarımdan təkidlə tələb edirdim: sevibsənmi? Çox gözəl. Bu adam sənin uşaqlarının anası olacaq, hərgah yaxşı
ana olacaqdırsa, sevməyində davam et, hərgah onun uşaqları tərbiyə etməyə qabil olmadığını görürsənsə, tormozu işə sal, geriyə həssə! (Redaktordan: "həs" - minik və qoşqu heyvanını dala çəkmək üçün çıxarılan səsdir)
Tutaq ki, siz özünüzə geridə qalmış bir arvad seçibsiniz. Hər şeydən əvvəl aydınlaşdıraq, görək geridə qalmış arvad nə deməkdir? Siz qəzeti surətlə oxuyursunuz, o isə sizdən yavaş oxuyur. Ona savad öyrədin. Lakin iş bunda deyildir. Uşaqların tərbiyəsi üçün sizin arvadınızın sizə nisbətən nə qədər inkişaf etmiş olduğu o qədər də əhəmiyyətli deyil. Elə etmək lazımdır ki, sizin arvadınız da, uşaqlarınız da həyatdan razı olsun. Qoy o, öz həyatı üçün sevinsin. Hərgah siz arvadınızı öz səviyyənizə qaldırırsınızsa, elə qaldırın ki, bu ona zövq versin, lakin "Mənim səviyyəm yüksəkdir, qalx, mənə çat" - deyə düşünsəniz, heç bir tərbiyə işi ola bilməz. Qoy o, şadlıqla yüksəlsin, qoy bu ona həzz versin, hərgah siz bunu sevinclə əldə edə bilmirsinizsə, onu qaldırmayın, ancaq qoy o, dolğun insan həyatı sürsün. Qoy yüksəkdə duran şəxs öz yüksəkliyi ilə çox güvənməmək və bunu addımbaşı gözə soxmamaq üçün özündə mətanət tapsın. Qoy o bütün davranışı ilə arvadını sevindirsin, o zaman arvad bu sevinc içində boy atacaq, inkişaf edəcəkdir. Mənim "Tərbiyənin sirri" adlı bir novellam var. Sirr ondan ibarətdir ki, kişi həmişə arvadına səadət vermək istəyir və ona görə onların övladları çox gözəl uşaq olurlar. Ər arvadına, arvad isə ərinə xoşbəxtlik arzuladığı hər yerdə uşaqlar yaxşı olurlar. Əlbəttə, burada söhbət iki ağıllı adam haqqında gedir. Zehnin müəyyən bir həddi var ki, valideynlər bu səviyyədən aşağı düşməməlidirlər, hər hansı bir xoşbəxt, lakin səfeh adam yaxşı uşaq tərbiyə edə bilməz. Müəyyən zehni səviyyə - ağıl, idrak, fəallıq, diqqət olmalıdır.Bununla əlaqədar olaraq mən yenə bəzilərinin səhv başa düşdükləri müddəaya, aşağı səviyyəli arvad məsələsinə qayıdıram. Mən "Zavodda yaxud kontorda işləməyən, lakin dörd uşaq tərbiyə edən ana çox yaxşı iş görür" - desəm, sizin nəzərinizdə geridə qalan adam kimi görünmərəm. Belə ananın ictimai işlə məşğul olmadığı, onun aşağı səviyyəli arvad olduğu haqqında danışmaq olmaz. Evdə iki-üç uşaq tərbiyə edən ana böyük dövlət işi və böyük ictimai iş görür və heç kəsin haqqı yoxdur ki, onu zavodda işləmədiyi üçün məzəmmət etsin. Lakin o, ictimai həyat sürməlidir. Qoy o, kitab oxusun, mənzil komitəsində işləsin... Qoy o, işləmək üçün bir dərnək tapsın. Onun istehsalatda olması məcburi deyildir - o, bunsuz da fəal ictimai işçi ola bilər.
Evdə qulluqçuya çevrilən arvadı mən tam dəyərli olmayan ana adlandırıram.
Burada biz əmək tərbiyəsi məsələsinə keçirik.
Mənim fəallıq və tormozlar haqqındakı teoremimdə əmək tərbiyəsinə müraciət etmədən keçinmək olmaz. Burada anasına "Sən mənə oyuncaq almırsan, sən pis anasan" - deyən oğlandan danışdılar. Oğlan düz deyir, bu, pis anadır, çünki yaxşı ananın oğlu belə danışmaz. Uşağa: "Bəli, biz az qazanırıq, ala bilmirik", - deməkdən utanmaq lazım deyildir. "Böyüyərsən, kömək edərsən, yaxud mən çox qazanmağa başlaram, onda alarıq. Sən indi kömək elə, qabları yu, man də bir az kitab oxuyum."
Elə etmək lazımdır ki, bu, ailənin ümumi işi olsun, o zaman uşaq "Sən pis anasan" deməz.
Siz öz oğlunuzu tanıyır və onu sevirsinizsə, onu başa salmağa söz taparsınız:
Biz səninlə bir yerdə yaşayırıq, bizim işimiz ümumi, sevincimiz ümumidir, sən belə fikirləşmə ki, at almamağım təkcə səni kədərləndirir. Bu bizim ümumi dərdimizdir, ona görə gəl daha yaxşı həyat sürməyə çalışaq, mənə kömək elə ki, heç olmasa, əsəblərim xarab olmasın.
Uşaq iki yaşından kollektivin üzvü olmalı, ailədəki xoşbəxtliklər və bədbəxtliklər üçün özünə görə məsuliyyət daşımalıdır.
Uşaqla bu barədə danışmaq heç də çətin deyildir. Onu rədd etmək olmaz:
- Əl çək, mən oxuyuram, sən mənə mane olursan!
...Elə tərbiyə edin ki, oğurlamaq
oğurlamaq mümkün olmasın. Məsuliyyət hissi tərbiyə etmək heç də çətin deyildir. Bunsuz tərbiyə müvəffəqiyyətli ola bilməz və məhz bunun haqqında pedaqoji əsərlərdə heç bir şey yazılmamışdır. Bu, vəziyyətdən cəld baş çıxartmaq qabiliyyətidir. Beş yaşında sizin uşaqda artıq belə qabiliyyət olmalıdır, o, nə haqqında danışmaq mümkün olduğunu, nə haqqında danışmaq mümkün olmadığını bilməlidir. O öz arxasında belə, nələr olduğunu duymalıdır. Lakin məktəbdə bir çox uşaqların belə bələdləşmə hissi olmur. Uşaqda onu əhatə edən mühitdən, şəraitdən baş çıxarmaq qabiliyyəti tərbiyə etmək lazımdır, o, harada nə olduğunu bilməlidir.
...başqa bir məsələyə də toxunmalıyıq. Bu məsələ valideyinlərin uşaqları özləri üçün neca sevdikləri məsələsidir. Yəqin ki, siz bir mənzərini müşahidə edibsiniz: ata ilə ana küçədə gəzirlər, uşaq yaxşıca bəzənmişdir və valideynlərin gözlərindəki ifadədən görünür ki, uşağı məhz nümayiş etdirmək, öyünmək üçün gəzməyə çıxarıblar. Uşaq onlar üçün bir oyuncaqdır ki, onunla lovğalanmaq olar. Qonaqların yanında uşağı çağırıb suallara ağıllı cavab verməyə məcbur edən ata bunu şöhrətpərəstlikdən etmirmi? Analar bunu xüsusilə tez-tez edirlər; öz uşaqlarını tərifləyir və özləri də ləzzət alırlar. İşin əslində isə uşaq heç nəyə dəyməz, çünki ərköyün böyümüşdür. Bu yaxınlarda mən Minskə gedirdim və mənimlə bir kupedə uşaqlı ana vardı. O, öz uşağı ilə öyünmək istəyirdi. Uşağın iki yaşı vardı, o hətta hələ danışa bilmirdi, buna baxmayaraq anası onu gülməyə məcbur edirdi və çağırırdı: "Niyə gülmürsən?"
Uşaq heyrətlə baxırdı: bu nə axmaq arvaddır. Lakin arvad onu birtəhər gülümsəməyə məcbur etdi. Ananın özünü hər
şeydən artıq sevməsi burada tamamilə aydın təzahür edirdi. Onun üçün uşaq vacib deyildir, onun üçün bu vacibdir ki, qatarın kupesində mənə, təsadüfi, ona lazım olmayan bir adama öz müdrik üsullarından sonra uşağın gülümsəməyini göstərsin. Belə ana uşağı 18 yaşınadək nümayiş etdirmək üçün tərbiyə edəcəkdir. Uşaq xuliqan, qənimətçi ola bilər, ana isə fərqinə varmadan onunla yenə fəxr edəcəkdir. Uşağı öz şöhrəti üçün belə tərbiyə etmək-bu, pedaqoji deyildir.
...Sual: "Demək, bədbəxt valideynlər uşaqları tərbiyə edə bilməzlər və onların yaxşı uşaqları ola bilməz?". Bəli, lakin xoşbəxt olmaq sizin özünüzdən asılıdır. (İrad: "Həmişə yox") Bütünlüklə özünüzdən asılıdır. Mən elə bir səbəb təsəvvür etmirəm ki, o bədbəx yaşdasınız. Neçə yaşınız sin. Siz artıq xoşbəxt (Səs: "Otuz səkkiz var? yaşındayam"). Gözəl yaşdır! Mənim isə əlli yaşım var. Mən sizinlə dəyiş-düyüş edirəm, bütün ədəbi xidmətlərimi, həyati təcrübəmi həvəslə sizə verirəm, əvəzində isə bütün bədbəxtliyinizlə bərabər sizin yaşınızı istəyirəm. Sizə bədbəxtlik kimi görünən şey sadəcə əsəbilikdir, xanımlara xas olan xəstəlikdir.
...Mənzil şəraitinin tərbiyəyə təsiri olurmu?
Əlbəttə olur, lakin məcburi deyil ki, bu təsir mütləq pis tərəfə olsun. Bəzən uşağın ayrıca otağı olan yerdə daha pis tərbiyə verilir.
...Özbaşına buraxılmış uşaqlarla nə etmək lazımdır? Mən belə hallara çox rast gəlmişəm ata və ana işdədir, buna baxmayaraq uşaq yaxşı böyüyür. Nəyin sayəsində? Çünki onu uşaqlıqdan düzgün tərbiyələndirmişlər. Mən bu əqidəyə gəlmisəm: hərgah usaq 6 vasınadək düzgün tərbiva edilmişdirsə və onda müəyyən fəallıq və tormozlaşdırma adətləri tərbiyə olunmuşdursa, bu artıq qorxulu deyildir, belə uşağa heç kəs pis təsir göstərə bilməz. Belə hallarda adətən deyirlər "Biz ona nəzarət etmirik, amma o, yaxşı inkişaf edir, yəqin irsiyyətindəndir". Həqiqətdə isə bu irsiyyətdən deyil, yaxşı tərbiyədəndir.
...Uşaqların tərbiyə olunması əsəbləri sarsıtmadan, sağlam, dinc, normal, ağıllı və şən həyat tərzi ilə aparıldıqda asan işdir. Mən həmişə görmüşəm ki, tərbiyə gərginlik işlətmədən verilən yerdə həmişə müvəffəqiyyətlə nəticələnir. Tərbiyə gərginliklə və hər cürə ürək keçmələrlə verildikdə işlər pis gedir."