Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021-2022-ci tədris ilində 37 nəfər rusiyalı tələbə təhsil alır.
Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, universitetdə əcnəbi tələbələrin təhsili üçün bütün lazımi şərait yaradılıb. Rusiyalı tələbələr ADNSU-da müxtəlif ixtisaslar üzrə təhsillərini uğurla davam etdirirlər.