Logo

Türkiyəli yazıçı ilə şagirdlərin görüşü keçirilib

29.01.2022 11:55 313 baxış
IMG

Sumqayıt şəhər 29 nömrəli tam orta və qardaş Türkiyədən Mersin Mezitli İmam Hatip və Şəhid Erol Olçok İmam Hatip orta məktəblərinin ortaq layihəsi olan “Kahramanım Çocuk 2.0” çərçivəsində “Super Gazeteçiler” kitabının müəllifi, yazıçı Aytül Akalla görüş keçirilib.

Təhsil şöbəsindən aldığımız məlumata görə, görüşdə uşaq ədəbiyyatına dair maraqlı müzakirələr aparılıb. İştirakçılar Aytül Akala müəllifi olduğu kitablar haqqında suallar ünvanlayıblar.

Yazıçı öz növbəsində şagirdlərə çoxlu kitab oxumağı məsləhət görüb və şəxsi inkişaflarında mütaliənin əhəmiyyətindən danışıb.

Məktəbin müəllimi Xəyalə Quliyeva layihədə iştirak edən şagirdlərin hər ay uşaq ədəbiyyatına dair kitablar oxuyaraq, əsərləri birgə müzakirə etdiklərini bildirib.

Sonda belə maraqlı layihələrin müntəzəm olaraq keçirilməsi qeyd olunub.

Şakir CƏFƏROV

Xəbər lenti