Logo

Mədəniyyət Nazirliyinin əməkdaşları Gəncədə olublar

29.01.2022 15:59 537 baxış
IMG

27-28 yanvar tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev Gəncədə işgüzar səfərdə olublar.

Tehsil.biz xəbər verir ki, onlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Kukla Teatrında olublar. 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət mahnı və rəqs ansamblının, Dövlət kamera orkestrinin, Xalq çalğı alətləri ansamblının və "Xəmsə" estrada ansamblının konsert proqramlarını dinləyiblər. 

Sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında Əsgər Əsgərovun quruluşunda hazırlanmış "Cavad xan", Gəncə Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin əsəri əsasında Şamil Məmmədlinin quruluş verdiyi "Bizim bağın gözəli" tamaşalarına baxan heyət teatrların yaradıcı kollektivi ilə görüşüb və mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb. 

Nazirliyin əməkdaşları kollektivə uğurlar diləyiblər.

Xəbər lenti