Omikron ştammı insana yeməklə də yoluxa bilir.
Tehsil.biz Medicina.az-a istinadən xəbər verir ki, bunu immunoloq Vladimir Bolibok bildirib.
Həkimin sözlərinə görə, yeni Omikronla insan yemək yeyərkən və yeməyin özündən də yoluxa bilər.
Məsələ bundadır ki, Omikron ərzaq, qidaların üzərinə çöküb, orda uzun müddət qalır. Xüsusən dondurulmuş, soyuq qidalar, dast-food yeməyi, içkilər, meyvələr və s.
“Çin mütəmadi olaraq ölkəyə daxil olan ərzaq məhsullarını kovidə görə yoxlayır. Onların hesabatlarında virusun qida üzərində hətta 2-3 gün qalması barədə məqamlar var. Ona görə hökumət bütün qida məhsullarının tam dezinfeksiyasını həyata keçirib sonra buraxır” -deyə immunoloq açıqlayıb.