Logo

Şagirdlərin psixoloji pasportları hazırlanır - Bu sənəddə nələr öz əksini tapacaq? - VİDEO

30.01.2022 12:08 1423 baxış
IMG

Son günlər paytaxt məktəblərində şagirdlərin yol verdikləri neqativ hallarla bağlı müxtəlif süjetlər təqdim etmişik. Bu məsələ məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırır. Şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm hazırlanır. Söhbət psixoloji pasportlardan gedir. Bəs şagirdlər haqqında məlumatlar necə toplanacaq ? Bakı şəhəri üzrə təhsil idarəsinin rəsmisi İlkin Həsənov layihənin detallarını şərh edib. 

Şagirdlərin psixoloji pasportları hazırlanacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov deyir ki, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil. Onun sözlərinə görə təhsil ocaqlarında eyni zamanda məktəblilərin psixiloji durumu da nəzartdə saxlanılmalıdır. Onun sözlərinə görə psixiloji pasportların yaradılmasına hazırlıq işləri görülür. Qeyd edib ki, layihənin icrası ilə bağlı işlərə bir neçə ay bundan əvvəl start verilib. Son günlər məktəblərdə yaşanan hadisələr isə şagirdlərin psixoloji pasportunun hazırlanmasını daha da aktual edib. 

İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq. Mərkəz direktoru hesab edir ki, psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanılacaq.

İlkin Həsənov əlavə edib ki, layihə ilkin olaraq paytaxt məktəblərində təhsil alan şagirdləri əhatə edəcək.

Xəbər lenti