Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağcabədidə istedadlı gənclərin sənət əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Tehsil.biz Azərtac-a istinadən xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində açılan sərgidə əsasən vətənpərvərlik və milli dəyərlər mövzusunda rəsm əsərləri nümayiş olunur.
Sərginin təşkilində məqsəd 2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinin qeyd olunması, gənclərin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradılması, həmçinin rayonda yaradıcı və istedadlı gənclərin aşkar edilməsidir.