Logo

Leonid Kuravlyov vəfat etdi

30.01.2022 17:10 452 baxış
IMG

Rusiyanın Xalq artisti, bir sıra filmlərdən Azərbaycan tamaşaçısına da yaxşı tanış olan Leonid Kuravlyov 86 yaşında vəfat edib.

Bu barədə TASS informasiya agentliyi RF Kinematoqrafçılar İttifaqına istinadla məlumat yayıb.

Aktyor bir müddət əvvəl ağciyər sətəlcəmi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun COVID-19 virusuna yoluxmadığını bldirmişdilər.

Leonid Kuravlyov yaradıcılığı dövründə 200-dən çox rol ifa edib. Ən məşhur personajlarında biri Georgi Daneliyanın “Afonya” (1975) filmindəki çilingər Afanasi Borşov obrazıdır. Bu kino əsəri həmin ildə sovet prokatının lideri olmuşdu: ona 62 milyon tamaşaçı baxmışdı.

2015-ci ilədək kinoda çəkilməyə davam edən Kuravlyov, həmçinin “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz” və digər filmlərdəki rolları ilə tanınır.

Xəbər lenti