Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il yanvarın 29-da ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan zallarında şagirdlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib. Bundan əlavə, imtahanın idarə olunması prosesinə imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində, ümumilikdə ADA Universitetinin 3 tədris binasında təşkil olunub. İmtahanda 267 şagirdin iştirakı gözlənilirdi. Daxil olan ilk məlumatlara görə 30 şagird müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyib. İmtahanının təşkili və idarəedilməsi məqsədilə DİM əməkdaşlarından 3 nəfər imtahan rəhbəri və 22 nəfər isə zal nəzarətçisi qismində prosesə cəlb edilib.
İmtahanda 11-ci sinif şagirdlərinə riyaziyyat fənni üzrə qapalı və açıq tipli tapşırıqlar ( 13 qapalı, 5 hesablama tipli və 7 yazılı cavablandırılması tələb olunan açıq test tapşırıqları olmaqla, ümumilikdə 25 test tapşırığı) təqdim olunub.
Test tapşırıqlarının cavablandırılması üçün 1 saat vaxt ayrılıb.