Koronavirusun omikron ştammına yoluxan şəxs bir neçə saat ərzində infeksiyanı yaya bilər.
Tehsil.biz APA-ya istinadən bildirir ki, bu barədə “Rossiya 1” telekanalının efirində virusoloq alim Aleksandr Semyonov danışıb.
O bildirib ki, bu işin ən xoşa gəlməz halı odur ki, infeksiyaya yoluxan şəxs virusu üç-dörd gün keçdikdən sonra deyil, bir neçə saatdan sonra artıq yaymağa başlayır.
Semenov əlavə edib ki, bununla belə “omikron” bədəndən daha sürətli çıxır - təxminən bir həftə ərzində.