Logo

Şəxsi kabinetin parolunu necə bərpa etmək olar? - Abituriyentlərin NƏZƏRİNƏ

31.01.2022 09:58 1161 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) şəxsi kabinetin parolunu unutmuş tələbələrə müraciət edib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya kabinetdə təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edib parolunu əldə edə bilərlər.

Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqələrini gətirməklə DİM-ə gəlib parolu əldə edə bilərlər.

Xəbər lenti