Logo

Bakıda koronavirusa görə bağlanan məktəbdə distant tədrisin müddəti uzadıldı

31.01.2022 11:17 602 baxış
IMG

Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti daha 7 gün uzadılıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir.

Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.

Xəbər lenti