Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Tehsil.biz"ə açıqlamasında bildirib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb.
O, araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcəyini, əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcəyini qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. İddialara görə, hətta yetkinlik yaşına çatmayan qız uzun müddətdir, təhsildən də kənarlaşdırılıb.
Fəqan Əzimli