Logo

Şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya təşkil olunub

31.01.2022 16:10 632 baxış
IMG

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiya “Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası”nda keçirilib.

Tehsil.biz xəbər verir ki, aksiyada Azərbaycan Tibb Universitetinin həkimləri və tələbələri də iştirak eidblər. Yanvarın 29-da aparılan müayinələrə Quba və Xaçmaz rayonlardan, qeyd edilən həssas kateqoriyaya aid, ümumilikdə 250-dən çox vətəndaş cəlb edilib.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.

Tibbi aksiyanın təşkilinə RİİB könüllüləri tərəfindən yaxından dəstək verilib.

Xəbər lenti