Logo

"Toy üçün qızın 18 yaşının tamam olmasını gözləyəcəyik" - Nişanlanan azyaşlının anası

31.01.2022 21:50 782 baxış
IMG

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Masallıda 13 yaşlı qızın ərə verilməsi ilə bağlı iddialar yayılıb.

Tehsil.biz xəbər verir ki, “Xəzər” TV azyaşlı qızın yaşadığı ünvanda olub.

Sözügedən 15 yaşlı qızın anası bildirib ki, tərəflər arasında razılıq olub. Nişan və toy üçün qızın 18 yaşının tamam olmasını gözləyəcəklər. O, oğlanın adını bilmədiyini də qeyd edib.

Məsələdən xəbər tutan Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları ailədə olublar.

Xəbər lenti