Logo

BDU-nun Elmi Kitabxanası elan edir

01.02.2022 09:25 673 baxış
IMG

Mikro Məlumatların İdarə Edilməsi və Paylanması (Micro Information Handling and Distribution FZE) şirkəti BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçıları və Elmi Kitabxananın oxucularına 2022-ci il 01 fevral tarixindən etibarən bir ay sınaq müddətində IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.

Dünyanın 160 ölkəsindən 500.000-dən çox üzvü olan IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük peşəkar təşkilatı, IEEE Xplore Rəqəmsal Kitabxanası isə dünyanın ən böyük texniki rəqəmsal kitabxanasıdır. Sınaq müddətində istifadəçilər kitabxananın bütün funksiyalarından istifadə edə biləcək və 5 milyondan çox tammətnli sənədlərdən, 195 IEEE jurnalı, dövri nəşrlər və əsərlərin toplularından, 1800-dən çox IEEE konfrans materiallarından, 4600-dən çox təsdiqlənmiş və nəşr edilmiş IEEE standartları və s. resurslardan yararlanacaqlar.

Sınaq müddətində IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarına https://ieeexplore.ieee.org linki vasitəsilə və ya https://elibrary.bsu.edu.az səhifəsində tammətnli məlumat bazaları rubrikasından daxil olmaq mümkündür.

IEEE yüksək istinad göstəricilərinə malik nəşrlərin dərci, konfransların təşkili, texnologiya standartlarının hazırlanması, peşə və təhsil fəaliyyətləri ilə məşğul olan çox tanınmış bir təşkilatdır.

 

Hörmətli tədqiqatçılar!

Sizləri 2022-ci il 3 fevral tarixində saat 15:00-da IEEE Xplore Rəqəmsal Kitabxanasından istifadə qaydaları ilə bağlı onlayn təlimə dəvət edirik. Təlim iştirakçılarına türk dilində IEEE Xplore platformasının funksionallığı və alətləri üzrə praktiki məsləhətlər veriləcək, məqalələrin hazırlanmasında ən yaxşı təcrübələr paylaşılacaq, IEEE jurnallarına jurnalın təqdim edilməsi prosesi üzrə naviqasiya ediləcək.

Onlayn təlimdə iştirak etmək üçün:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdP4a0SZXdjR1spipSErnFHJ7qIvSmPReDlwa0U_-mEUlDQgQ/viewform?usp=pp_url linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Teams platformasından təlimə qoşulmaq linki:  https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_MDljNDNhOGMtYjQ0Mi00N2Q3LWE1ZjEtNzUyYWY3YTJlMmFi%40thread.v2/0?context=%7b%22Tid%22%3a%222d856424-0844-47d2-968f-b9aa385d471a%22%2c%22Oid%22%3a%2256c1970c-caf9-45fc-9ff0-2dab38d63b1e%22%7d

Xəbər lenti