Logo

Latviyada növbəti tədris ili üzrə təhsil almaq üçün təqaüd proqramına sənəd qəbulu davam edir

01.02.2022 11:09 416 baxış
IMG

Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

Müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.

Xəbər lenti