Logo

#GənclərləGələcək - gənclərimizi birlikdə tanıyaq

01.02.2022 11:58 620 baxış
IMG

2 fevral - gələcəyimiz olan gənclərin günüdür. Təhsil Nazirliyi də Gənclər Günü münasibətilə #GənclərləGələcək həştəq kampaniyasına start verir. Məqsəd yaradıcı, istedadlı və vətənpərvər gənclərimizi tanıtmaqdır.

Bu həştəq vasitəsilə Vətən müharibəsi iştirakçısı olan, uğurlu karyeraya sahib, texnoloji yenilikləri ilə seçilən və peşəkar gənclərimizlə bağlı sosial şəbəkələrdə foto və video paylaşımlar etmək olar. 

Gənclər gələcəyimiz və gücümüzdür!

Qeyd edək ki, 2 fevral tarixi ölkəmizdə 25 ildir ki, Gənclər Günü kimi qeyd edilir. 

Xəbər lenti