Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.
"Tehsil.biz"in məlumatına görə nazirlikdən görüntülərin köhnə olduğu bildirilib.
Qeyd olunub ki, sözügedən görüntülər 2018-ci ildə lentə alınıb: "Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl - 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi".
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə məktəb direktorunun şagirdləri çubuqla döydüyünü əks etdirən görüntülər yayılmışdı.