Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə “Report”a Xalq artisti özü məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakıda evindədir:
“Dörd gün xəstəxanada qaldım, müalicə olundum. İndi tam sağalmışam. Özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, V.Kərimov bir müddət əvvəl koronavirusa yoluxub. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu.