Logo

Mingəçevir Dövlət Universitetində məşğulluqla bağlı məlumatlandırma görüşü keçirilib

02.02.2022 13:41 534 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının rəhbər şəxsləri ilə məlumatlandırma görüşü keçirilib.

MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən görüşdə universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.

MDU-dan bildiriblər ki, görüşdə çıxış edən filialın müdiri Babək Tağıyev, şöbə müdirləri Murad Muradov və Pərviz Hüseynov DMA-nın fəaliyyət istiqamətləri, həyata keçirilən məşğulluq tədbirləri, vətəndaşlara göstərilən xidmətlər, yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan işlər və digər məsələlər barədə ətraflı məlumat veriblər.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilalanların karyera inkişafını diqqət mərkəzində saxlayan MDU-da bu istiqamətdə müvafiq məlumatlandırma və maarifləndirici xarakterli görüşlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti