Bu gün - fevralın 2-si Azəbaycanda "Gənclər Günü" kimi qeyd edilir. Müxtəlif sahələrdə fəallıq göstərən gənclərimizin sayı kifayət qədərdir. Təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində uğur qazanmış gənclərimizin sayı-hesabı yoxdur. Gənclər siyasətinin tərkib hissəsi kimi bu gün müxtəlif vəzifələrə təyin olunmuş gənc məmurlarımız da var. Maraqlıdır, Azərbaycanda gənc məmurlar özlərini doğrulda bilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, gənc məmurların bəziləri özünü doğrulda bilir, bəziləri isə yox:
"Əslində bu məsələ gəncliyə, yaşa baxmır. Təfəkkürü sağlam olmayan şəxs üçün yaş fərqi yoxdur. Hesab edirəm ki, Azərbaycanda uğurlu gənclərimiz kifayət qədər çoxdur. Özünü doğrultmaq deyəndə nələr nəzərdə tutulur, özünü doğrultmaq deyəndə söhbət nədən gedir? Əgər problemlər hansısa məmurun özü ilə bağlıdırsa və məsuliyyət hissi zəifdirsə onun yaşlı yaxud gənc olmasının fərqi yoxdur. Lakin qeyd etməliyəm ki, hazırda Azərbaycanda elə gənc kadrlar var ki, özünü doğrultmur".