Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonuna səfəri zamanı Vətən müharibəsi iştirakçısı olmuş qazi müəllim Əmrahov Ruslan Rəşid oğlunu ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Tehsil.biz xəbər verir ki, qazi müəllimin ailə üzvləri ilə görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.
Görüş zamanı dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açan Anar Məmmədov, qazi və şəhidlərin Vətən müharibəsində göstərdiyi rəşadətdən danışıb.
Qeyd edək ki, könüllü olaraq vətənin müdafiəsinə yollanan Ruslan Əmrahov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.