Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.
Bu barədə "Tehsil.biz"ə Nazirlikdən məlumat verilib.
Qeyd edək ki, bu proses ölkə başçısının müvafiq sərəncamlarına əsasən həyata keçirilib.