Logo

Müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam edir

02.02.2022 17:08 604 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

3 fevral tarixi saat 16:00-da “Törəmə. Törəmənin həndəsi və fiziki mənası. Törəmənin tətbiqinə aid müxtəlif məsələlərin təhlili” mövzusunda növbəti vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri, 170 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Siracəddin Quluzadə çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti